İdman

Tarixin ən bacarıqlı futbolçusu seçildi - FOTO

7 Fevral 2025 21:31
Baxış: 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 yaşlı braziliyalı Ronaldinyo tarixin ən bacarıqlı futbolçusu seçilib.

Milli.Az xəbər verir ki, onu "Barselona" və digər komandalarda keçirdiyi unudulmaz anlardan tanıyan milyonlarla azarkeş bu fikirlə şübhəsiz razılaşacaq.

Bacarıqlı oyunçuları sıralayarkən üç amil nəzərə alınıb: azarkeş münasibəti, ümumi oyun səviyyəsi və yüksək səviyyədə karyera müddəti.

Ronaldinyodan sonra planetin ən bacarıqlı 10 futbolçusu siyahısına Ronaldo, Lionel Messi, Yohan Kroyff, Dieqo Maradona, Zinəddin Zidan, Thierry Henry, Neymar, Ricardo Quaresma və Cristiano Ronaldo daxildir.

Bu siyahının ən gənci olan 33 yaşlı Neymar fevralın 6-na keçən gecə Braziliyaya qayıtdıqdan sonra doğma "Santos"un heyətində ilk oyununa çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.