Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən görüş "Araz-Naxçıvan" - "Zirə" görüşü nominal meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az xəbər verir ki, 61-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Bernardo Oliveira Diası komandasına qələbə qazandırıb.
Xatırladaq ki, bu gün dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Saat 18:30-da start götürəcək görüşdə "Səbail" "Qarabağ"ı qəbul edəcək.
Milli.Az