Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə" ilə dueldən qalib ayrıldı

6 Fevral 2025 19:40

Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən görüş "Araz-Naxçıvan" - "Zirə" görüşü nominal meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az xəbər verir ki, 61-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Bernardo Oliveira Diası komandasına qələbə qazandırıb.

Xatırladaq ki, bu gün dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Saat 18:30-da start götürəcək görüşdə "Səbail" "Qarabağ"ı qəbul edəcək.

Milli.Az