İdman

Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq"

1 Fevral 2025 19:20
Baxış: 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq.

Milli.Az xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Əsl oyunumuzu göstərə bilmədik. Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq. 8 oyunluq qələbə seriyamız vardı. Hakimliklə bağlı müəyyən sözlər demək istəyirəm. Bu gün "Şəki"yə hörmət göstərilməlidir. "Sabah" komandası kimi 10 matçda qalib gəlmişik. Ancaq bizə qarşı hörmət göstərmədiklərinin şahidi oluram. Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyimiz zaman da bunu hakimlərə söyləmişdim".

Qeyd edək ki, "Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.