İdman

Keçmiş arvadı ilə barışıb?

30 Yanvar 2025 03:03
Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alvaro Morata 7 il evli olduğu və ötən ilin avqustunda boşandığı model və iş qadını Alisiya Kampello ilə barışıb.

Milli.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo"nun əməkdaşı Xavyer de Hoyos məlumat yayıb.

"Bu yay ayrılmışdılar. Səbəblər haqqında çoxlu şayiələr var idi, amma indi hər şey dəyişib. Sevgi hər şeyə qalib gəlir, ona görə də bir-birlərinə ikinci şans verməyə qərar veriblər.

İtaliya mətbuatında onların yenidən birləşməsi şayiələr çıxdı. Mən onları Alvaroya yönləndirdim, çünki təsdiqlənməmiş bir şey söyləmək və axmaq kimi görünmək istəmədim. Cavab verdi: "Xavi, sənə deməliyəm ki, doğrudur. Bir-birimizə ikinci şans verdik", - deyə Xavyer bildirib.

Qeyd edək ki, dörd övladı olan cütlüyün Moratann yayda "Milan"a transferinə görə boşandığı iddia edilir. /Publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.