İdman

Azərbaycanlı polis Titul Kəmərini qazandı - VİDEO - FOTO

28 Yanvar 2025 13:11
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 26-da Tovuzda "Kəmər doyüşu VCBCMMA 06" seriyası üzrə Qafqaz Döyüş Liqasının 6-cı seriyası keçirilib.

Milli.Az xəbər verir ki, yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı, peşəkar idmançı Kazbek Məmmədov təmsil edib.

70 kq çəki dərəcəsində çıxış edən Kazbek Məmmədov özbəkistanlı rəqibi Eden Adəm Əhmədova elə birinci raundda nakautla qalib gələrək, Titul Kəmərini qazanıb.

Məmmədov qələbəsini əmisi şəhid Fidat Məmmədov və dostu, şəhid Cəbrayıl Dövlətzadəyə həsr edib.

Xatırladaq ki, K.Məmmədov "Qartal Fayk" idman kulubunda məşq edir. Onun müəllimi isə Rafil İsayevdir.

Qeyd edək ki, Gürcüstanın Qardabani şəhərində Kikboksun MMA K1 versiyası üzrə keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən Kazbek Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə layiq görülmüşdü. Həmin döyüşdə Kazbek Məmmədovun rəqibi Gürcüstanı təmsil edən erməni əsilli idmanci olmuşdu./axar.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.