22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.
Milli.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
İspan futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Yeni müqavilənin detallarının yaxın vaxtlarda yekunlaşdırılacağı və rəsmi imza tarixinin hələ dəqiqləşdirilmədiyi bildirilib.
Xatırladaq ki, Pedri 2020-ci ilin yayından "Barselona"nın heyətində çıxış edir. Bu dövr ərzində o, bütün turnirlərdə 174 oyuna çıxaraq 24 qol vurub və 17 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalına əsasən, Pedrinin bazar dəyəri hazırda 100 milyon avro təşkil edir.
Milli.Az