İdman

Kral Kuboku: "Real Madrid" "Selta"nı 5 qolla keçdi

17 Yanvar 2025 07:46
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya Kral Kuboku çərçivəsində növbəti oyun keçirilib.

Milli.Az xəbər verir ki, 1/8 final mərhələsində "Real Madrid" doğma meydanda "Selta Viqo"nu qəbul edib.

Mbappe və Vinisius Juniorun qollarıyla matçın son dəqiqələrinə öndə gedən madridlilər oyunun sonlarına yaxın gözlənilmədən qapılarında iki ardıcıl top görüblər. 77-ci dəqiqədə Arda Gülerin vurduğu qol VAR-dan qayıdıb, ardıyca "Selta"nın heyətində Bamba və Alonsonun qolları görüşü uzatma dəqiqələrinə aparıb (2:2).

Yarım saatlıq uzatma periodunda "Real"ın türk ulduzu Arda Gülerin 2 məhsuldar ötürməsini qola çevirən Endrik matçın penalti seriyasına getməsinə mane olub. Endrikin 2 qolundan əlavə Fede Valverde də öz növbəsində fərqlənərək ümumi hesabın 5:2 olmasında pay sahibi olub.

Beləliklə çətinliklə də olsa rəqibini yarışdan kənarlaşdıran kral klubu 1/4 finala vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.