İdman

“Barselona” “Real”ı darmadağın edib Superkuboku qazandı

13 Yanvar 2025 07:37
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Superkubokunun qalibi bəlli olub.

Milli.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş görüşdə "Real Madrid" və "Barselona" qarşılaşıb.

Oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı beşinci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe açıb. "Barselona"nın cavab qolunu 22-ci dəqiqədə Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski Madrid təmsilçisinin qapıçısını məyus edib. "Barselona"nın braziliyalı futbolçusu Rafinya matçda dubla imza atıb. Aleks Balde isə klubunun 5-ci qolunu vurub.

"Kral klubu"nun heyətində isə 60-cı dəqiqədə Rodriqo fərqlənib.

Əlavə edək ki, "Barselona"nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, "Barselona" İspaniya Superkubokunu ən çox qazanan klubdur. "Mavi qranatlar" bu mükafata 15, "Real" isə 12 dəfə yiyələnib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.