"Qarabağ" Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidindən 5 milyon avro qazanacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tərəflərin razılığa gəldiyi, "Flamenqo"nun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib.
Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.
Milli.Az