Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo dekabrın 31-də 70 yaşı tamam olan anası Dolores İveranı ad günü münasibətilə təbrik edib.
"Ad günün mübarək, ana! Məni hər gün ruhlandırdığına və qeyd-şərtsiz dəstəyinə görə təşəkkür edirəm. Səni sevirəm!" - Ronaldo "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bu mövsüm Ronaldo bütün yarışlarda 19 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur. /publika.az
Milli.Az