İdman

Ən dəyərli türkiyəli futbolçular - siyahı

19 Dekabr 2024 23:46
Baxış: 1 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Transfermarkt"ın son yenilənməsindən sonra türkiyəli futbolçuların qiymətlərində dəyişikliklər olub.

Milli.Az xəbər verir ki, son illərdə bu sıralamada zirvədə qərarlaşan "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu mövqeyini itirib. O, 5 milyon avro itki ilə 40 milyon avroya düşüb. Bu səbəbdən, o, ən bahalı türk futbolçu titulunu Arda Gülerlə Kenan Yıldıza təhvil verib.

Arda 15 milyon, Kenan Yıldızda isə 5 milyon avro artımla bazar dəyərini 45 milyon avroya çatdırıb. Hər ikisi siyahıya başçılıq edir.

Ən dəyərli Türkiyə vətəndaşı olan futbolçular:
1-2.Arda Güler (Real) - 45 milyon avro
1-2. Kenan Yıldız (Yuventus) - 45 milyon avro
3. Hakan Çalhanoğlu (İnter) - 40 milyon avro
4. Ferdi Kadıoğlu (Brayton) - 30 milyon avro
5. Orkun Kökçü (Benfika) - 28 milyon avro
6. Barış Alper Yılmaz (Qalatasaray) - 21 milyon avro
7. Kerem Aktürkoğlu (Benfika) - 18 milyon avro
8. Semih Kılıçsoy (Beşiktaş) - 15 milyon avro
9. İsmail Yüksək (Fənərbağça) - 14 milyon avro
10. Merih Demiral (Əl-Əhli) - 14 milyon avro  /publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.