İdman

“Neftçi” “Kəpəz”i məğlub etdi - YENİLƏNİB

15 Dekabr 2024 20:31
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:31

Misli Premyer Liqasının XVII turunda "Neftçi" "Kəpəz" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Milli.Az xəbər verir ki, qarşılaşma "Neftçi Arena"da baş tutub və Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. "Neftçi"nin heyətində Yeqor Boqomolski 4-cü dəqiqədə və Filip Ozobiç 22-ci dəqiqədə fərqlənib. Gəncə təmsilçisinin yeganə qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev vurub.

Qeyd edək ki, digər qarşılaşmalarda "Sabah" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Şamaxı" ilə "Səbail", "Zirə" ilə "Turan Tovuz" arasındakı oyunlar isə qolsuz bərabərliklə nəticələnib. XVII turun son oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları arasında keçiriləcək.

-------------
18:39

Misli Premyer Liqasının XVII turunda "Zirə" və "Turan Tovuz" komandaları arasındakı oyun qolsuz heç-heçə ilə başa çatıb.

Milli.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra hər iki komanda turnir cədvəlindəki mövqeyini qoruyub. "Zirə" 27 xalla dördüncü pillədə, "Turan Tovuz" isə 31 xalla üçüncü yerdə qalmağa davam edir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" komandası "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib, "Şamaxı" və "Səbail" arasındakı görüş isə qolsuz yekunlaşıb.

09:39

Azərbaycan Premyer Liqasının 17-ci turun oyunları keçiriləcək.

Milli.Az xəbər verir ki, əvvəlcə "Zirə" evdə "Turan Tovuz"la qarşılaşacaq.

Günün son qarşılaşması "Neftçi Arena"da baş tutacaq. "Kəpəz" səfərdə "Neftçi"nin qonağı olacaq. 

AzərbaycanPremyer Liqası
XVII tur
15 dekabr

16:00. "Zirə" - "Turan Tovuz"
Ətraflı
Ad - 00:04

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.

Zirə İdman Kompleksinin stadionu

18:30. "Neftçi" -" Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.

"Neftçi Arena"

Qeyd edək ki, 17 turda ötən gün iki qarşılaşma baş tutub. "Sabah" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Şamaxı" - "Səbail" görüşü isə qolsuz bitib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.