İdman

Karyerasında ilk dəfə qırmızı vərəqə aldı - FOTO

4 Dekabr 2024 08:28
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb və Bayern Münhen Bayer Leverkuzenə 1-0 məğlub olub.

Milli.Az xəbər verir ki, 1/16 mərhələsində baş tutan bu qarşılaşmada Leverkuzenin ulduzu Nathan Tella oyunun yeganə qolunu vurub.

Ancaq bu qələbə qolu Bayern Münhenin ehtiyat qapıçısı Daniel Peretzin müdafiəsini keçərək vurulub. Çünki Noyer oyunun cəmi 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydançadan qovulmuşdu.

Təəccüblü olsa da, Almaniyanın 1 nömrəli qapıçısı, 19 illik karyerası ərzində Şalke, Almaniya milli komandası və Bayern üçün çıxış etdiyi 867 oyunda heç vaxt meydançadan qovulmamışdı.

Bu dəfə isə 38 yaşlı Noyer Allianz Arenada hakimin qərar verməsini asanlaşdırıb. O, cərimə meydançasından çıxaraq, Jeremie Frimponga yönəlmiş topu dayandırmağa çalışıb. Lakin topa müdaxilə etmək üçün aydın bir cəhd göstərmədən, Leverkuzenin futbolçusuna çiyin ilə sərt toxunaraq onu yerə yıxıb. Frimpong ağrı içində yerə yıxıllb və bu, Noyer üçün birbaşa qırmızı vərəqə ilə nəticələnib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.