İdman

Türkiyə millisindən pis xəbər - ulduz futbolçu heyətdən çıxarıldı

11 Noyabr 2024 19:41
Baxış: 2 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi "Fənərbağça"nın heyətində Türkiyə Superliqasının XII turunda qarşılaşdıqları "Sivasspor" matçında zədələnib.

Qeyd edək ki, "ay-ulduzlular" UEFA Millətlər Liqasında noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro iilə qarşılaşacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.