"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Milli.Az sportinfo.az-a istinadla bildirir ki, Roman Qriqorçukla yolları ayıran "Ağ qaralar" Samir Abasovla bütün detallarda razılıq əldə edib.
Abasov hazırda "Sumqayıt"ın baş məşqçisidir.
O, son anda hər hansı problem çıxmazsa, yaxın günlərdə "kimyaçılar"la yolları ayırıb, sabiq komandasında işə başlayacaq.
46 yaşlı mütəxəssisin son açıqlamasında "Neftçi" ilə bağlı sualı cavabsız qoyması da təsadüf deyil.
O, hazırkı məqamda deyəcəyi hansısa ifadənin danışıqlara mənfi təsir edəcəyindən ehtiyat edir.
Bu barədə onun yaxın ətrafından bilgi əldə etmişik.
Xatırladaq ki, Abasov "Neftçi" tarixinə adını uğurlu məşqçi kimi yazdıra bilib.
Belə ki, paytaxt klubu son çempionluğunu 2020/21 mövsümündə məhz Samir Abasovun baş məşqçi olduğu dönəm qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun