İdman

Fransanın 3 klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir

8 Oktyabr 2024 17:55
Baxış: 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışda Olavio Juninyo "Qarabağ"ı tərk edə bilər.

Milli.Az bildirir ki, Offsideplus.az-a daxil olan məlumata görə, braziliyalı forvardla Fransanın 3 klubu yaxından maraqlanır.

Yayda 27 yaşlı hücumçunu transfer etmək istəyən "Tuluza" yenidən "Qarabağ"ın qapısını döyməyə hazırlaşır. Bundan əlavə, Liqa 1-in daha 2 təmsilçisi Juninyonu almaq niyyətindədir. Söhbət "Oser" və "Sent-Etyen"dən gedir.

Adı çəkilən hər üç klub çempionatda qalmaq uğrunda mübarizə aparırlar. Komandalar qışda Juninyo ilə hücum xəttini gücləndirmək niyyətindədirlər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.