11 il sonra gələn intiqam... - Dünya mediası Nuri Şahindən DANIŞIR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, ötən gecə türk mütəxəssis Nuri Şahinin çalışdırdığı "Borussiya" Çempionlar Liqasının əsas mərhələsində "Seltik"i 7:1 hesabı ilə məğlub edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hesabdan sonra dünya mətbuatı maraqlı bir faktı ortaya qoyub və Nuri Şahinin şotlandların çalışdırıcısı Brendan Rocersdən intiqam aldığını bildirib.
Buna səbəb kimi isə məşqçilər arasında illər öncə baş verən narazılıqlar göstərilib.
Belə ki, 2012/13 mövsümündə "Real"ın oyunçusu Nuri Şahin Rocersin çalışdırdığı "Liverpul"da icarə əsasında çıxış edib.
Lakin onların arasında yaranan problemlərdən sonra türk futbolçu ilə klub arasındakı müqavilə vaxtından əvvəl ləğv edilib.
Nəticədə oyunçu icarə əsasında bu dəfə "Borussiya"ya (Dortmund) keçib. O, "Liverpul"dan ayrılarkən Rocerslə bağlı qalmaqallı açıqlaması ilə diqqət çəkir: "Allaha şükür olsun ki, Rocersin yanından ayrıldım. "Liverpul"da uğursuz olmadım, sadəcə çalışdırıcı mənim 10 nömrə mövqeyində çıxış etməyimi istəyirdi. Amma mən hücumçunun arxasında oynamıram. Fikir ayrılıqlarımız oldu".
1 il müddətində "Borussiya"da icarədə olan futbolçu 2014/2018 mövsümündə klubun əsas oyunçusuna çevrilir. Bundan sonrakı illərdə "Verder" və "Antalyaspor" klublarında çıxış edir. Bu ilin iyun ayında isə o, "arılar"ın baş məşqçi postuna gətirilir.
Ötən gecə isə Çempionlar Liqasında 7:1-lik qalibiyyətlə tarixə düşür.
Baş məşqçi olduqdan sonra uğur qazanan mütəxəssisin 11 il əvvəlki müsahibəsi bu gün idman dünyasında yenidən aktuallaşıb. Dünya mətbuatı Nuri Şahinin Rocersdən ağır intiqam aldığını yazır.
Elə matç başa çatdıqdan sonra məşqçilər görüşərkən də onların bir-birinə isti yanaşmadığı görünür. Nuri Şahin Rocersin əlini sıxarkən onun üzünə baxmır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





