İdman

Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb

14 Sentyabr 2024 23:51
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, G-1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Gənclərdən ibarət komandamız "Riqa Open"i 13 medalla başa vurub.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (⁠51 kq), Fuad Məhərləmli (⁠55 kq) və Elcan Əliyev (⁠78 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda ikinci yeri tutublar.

Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (⁠59 kq), Harun Salmanzadə (⁠51 kq), Ziya Həsənli (⁠59 kq), Hüseyn Xudiyev (⁠73 kq) və Allahverdi Məmmədov (⁠+78 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da qayıdacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.