İdman

Ali Koçdan həmin şəxs üzr istədi - FOTO

20 Avqust 2024 11:08
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən "Göztəpə" - "Fənərbaxça" (2-2) matçında "Fənərbaxça" prezidenti Ali Koça hücum edən "Göztəpə" klubunun məmuru Fatih Özkan üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Türkiyə mətbuatına istinadən məlumat verib.

"Futbolumuzun iki görkəmli klubunun qarşılaşması zamanı baş vermiş və gündəmi zəbt etməkdə davam edən bu iyrənc hadisəyə görə son dərəcə təəssüflənirəm. Bütün ictimaiyyətdən, üzvü olduğum "Göztəpə" İdman Klubundan, klubumuzun fəxri prezidenti Mehmet Sepildən, "Fənərbaxça" İdman Klubunun prezidenti Ali Koçdan və bütün "Fənərbaxça" camiəsindən üzr istəyirəm", - Özkan bildirib.

Xatırladaq ki, oyunun ikinci hissəsində "Fənərbaxça"nın bir qrup azarkeşi tribunaya buraxılmayıb. Fasilə zamanı Ali Koç qonaq azarkeşlərin onlar üçün ayrılmış tribunalara buraxılmaması səbəbindən meydançaya enib və dəstəyini göstərmək üçün həmin istiqamətə gedib. Bu vaxt meydan sahibinin azarkeşləri Koça su butulkaları atıblar. "Göztəpə" klubunun işçisi olduğu deyilən Fatih Özkan isə meydançaya daxil olub və Ali Koçu itələyərək yerə yıxıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.