İdman

"Fənərbağça"nın 2 futbolçusu tutula bilər

16 Avqust 2024 18:52
Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun iki futbolçusu ilə bağlı həbs cəzası tələb olunur.

Milli.Az APA-ya istinadən bildirir ki,  ötən mövsüm "Trendyol" Super Liqasının 37-ci həftəsində baş tutan "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq prosesi yekunlaşıb.

Prokurorluq futbolçular Jaden Quinn Oosterwolde və Mert Hakan Yandaş da daxil olmaqla, saxlanılan 5 nəfərin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.

Saxlanılanlar içərisində klubunun həkimi Ertuğrul Karanlık, İstanbul təmsilçisinin keçmiş baş məşqçisi Hulusi Belgü və İsmayıl Kartalın oğlu Emre Kartal da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.