İdman

"Sabah" Ukrayna klubuna qalib gəldi

17 İyul 2024 22:10
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" bu gün növbəti yoxlama matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi Ukrayna "Rux"u ilə üz-üzə gəlib. 

"Sports park Radomlye"də keçirilən matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın qollarını Kahim Parris (39) və Neqoş Kupusoviç (90) vurub.

Qeyd edək ki, "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya "Çukariçki"si (0:0) və Ukrayna "Krivbas"ı (2:2) ilə isə heç-heçə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.