İdman

ÇL-də I təsnifat mərhələsinin növbəti matçları keçirildi

11 İyul 2024 09:03
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti matçları keçirilib.

Milli.Az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Ev sahibləri cəmi 1 oyunda uğursuzluğa düçar olublar. Estoniya çempionu "Flora" öz meydanında 5 cavabsız top buraxıb.

2 oyun heç-heçə başa çatıb, 5 qarşılaşmada isə meydan sahibləri qalib gəliblər.

Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları iyulun 16-17-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi

İlk oyunlar

10 iyul

19:00. "Ordabası" - "Petrokub" - 0:0
20:00. "Flora" - "Selye" - 0:5
21:00. RFŞ - "Larne" - 3:0
21:00. "Slovan" - "Struqa" - 4:2
22:00. "Klaksvik" - "Differdanj" - 2:0
22:00. "Lüdoqorets" - "Dinamo" Bt - 3:1
22:45. "Dinamo" Mn - "Pünik" - 0:0
23:00. "Borats" - "Eqnatiya" - 1:0

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.