İdman

Ronald Kuman: Rumıniya millisinə hücum imkanı vermədik

2 İyul 2024 23:25
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya millisinə hücum imkanı vermədik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Rumıniyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1/4 finala yüksəldikləri üçün sevinci olduqlarını söyləyib: "Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun izahını vermək çətindir. Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Lakin gedişat bizim xeyirimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Niderland növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Avstriya - Türkiyə cütünün qalibi olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.