İdman

"Ronaldonun ötürməsini bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır"

23 İyun 2024 10:50
Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez komandanın kapitanı Kriştiano Ronaldonun Türkiyə ilə oyunda (3:0) etdiyi qol ötürməsini dəyərləndirib.

Milli.Az xəbər verir ki, 39 yaşlı hücumçu 55-ci dəqiqədə Türkiyə millisinin qapıçısı ilə təkbətək çıxsa da, daha yaxşı mövqedə olan komanda yoldaşı Brunu Fernandeşə ötürmə edib və o topu qapıya göndərib.

Martinez bu barədə deyib: "Düşünürəm ki, biz bu gün xüsusi bir şey gördük. Böyük hücumçu qapıçı ilə təkbətək gedir və ötürmə fürsəti axtarır. Nə gözəl nümunədir! Bunu, bu fədakarlıq və komanda haqqında düşünməyin həmişə vacib olması faktını bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır".

Qeyd edək ki, ötən gecə keçirilən oyunda Portuqaliya Türkiyəyə 3:0 hesabı ilə qalib gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.