İdman

“Neftçi” “Beşiktaş”dan oyunçu alır

22 İyun 2024 15:30
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın yarımmüdafiəçisi Ajdin Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 22 yaşlı legionerin xidmətində "Neftçi" maraqlıdır.

"Ağ qaralar" artıq Türkiyə nəhəngi ilə danışıqlara start verib. Ajdin Zaqreb "Dinamo"sunun yetirməsidir.
2020-ci ildən "Beşiktaş"a məxsusdur. İstanbul nəhəngində cəmi 13 oyun keçirən orta sahə oyunçusu 2 qolla yadda qalıb. Bosniya Herseqovinalı futbolçu son 5 mövsümdə 3 kluba icarəyə verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.