"Beşiktaş"ın yarımmüdafiəçisi Ajdin Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, 22 yaşlı legionerin xidmətində "Neftçi" maraqlıdır.
"Ağ qaralar" artıq Türkiyə nəhəngi ilə danışıqlara start verib. Ajdin Zaqreb "Dinamo"sunun yetirməsidir.
2020-ci ildən "Beşiktaş"a məxsusdur. İstanbul nəhəngində cəmi 13 oyun keçirən orta sahə oyunçusu 2 qolla yadda qalıb. Bosniya Herseqovinalı futbolçu son 5 mövsümdə 3 kluba icarəyə verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun