Deputatlar AVRO-2024-də kimə azarkeşlik edir? - Fransanın adı gələndə üzümü çevirirəm - SORĞU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada keçirilən futbol üzrə AVRO-2024 oyunları bütün dünyada maraqla izlənir. Çempionatı izləyənlər arasında xarici ölkələrin dövlət rəsmiləri də var. Bəs görəsən, Azərbaycan deputatları Avropa çempionatını izləyirlərmi?
Onlar hansı ölkələrə azarkeşlik edirlər, hansı komandaları finalda görmək istəyirlər, eləcə də, hansı futbolçunun oyunundan zövq alırlar?
Milli.Az xəbər verir ki, "Report"un əməkdaşları bu suallarla bir neçə deputata müraciət ediblər:

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasov komandasında türk əsilli oyunçular olduğuna görə Almaniyanı dəstəklədiyini bildirib:
"Evdə ailəmlə birgə Türkiyəni də dəstəkləyirik, lakin bu yığmanın gücü məni çox da qane etmir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə Türkiyəni dəstəklədiyini deyib. O futbolçulardan Arda Güler və Hakan Çalhanoğluna xüsusi rəğbətinin olduğunu bildirib. Deputat həmçinin qeyd edib ki, Fransadan xoşu gəlmədiyi üçün çempionatda iştirak edən millisinin adı gələndə ümumiyyətlə üzünü çevirir.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevin Avropa çempionatının bütün oyunlarına baxmağa vaxtı yoxdur. O deyib ki, zaman tapdıqca baxmağa çalışır və əlbəttə ki, Türkiyəni dəstəkləyir:
"Qardaş ölkəmizin Gürcüstan üzərindəki qələbəsinə çox sevinmişdim. Arda Gülerin 19 yaşı olmasına baxmayaraq, yeni qəhrəmana çevrilməsi hətta Türkiyə prezidentinin ona şəxsən zəng vurub təbrik etməsi olduqca sevindirici haldır. Arda Güleri artıq Türkiyənin Messisi adlandırırlar. Almaniya və İngiltərə də diqqət mərkəzimdədir".
O digər ölkələrdə bəyəndiyi oyunçunun isə Ronaldo olduğunu qeyd edib.
R.Nurullayev həmçinin Fransa yığmasının oyunlarını maraqla izlədiyini vurğulayıb:
"Bəzi insanlar futbola siyasi cəhətdən yaxınlaşsa da mən bunun əleyhinəyəm. Fransanın ölkəmizə münasibəti pisdir deyə bu ölkənin komandasının uduzmağını istəyirəm desəm yalan olar. Fransa çox yaxşı futbolçulara sahibdir və oyunlar gedən zaman maraqla izləyirəm. Məncə futbol bu məsələdən ayrı tutulsa yaxşı olar".

Milli Məclisin deputatı Elman Nəsirov vaxtının az olduğundan ancaq özünün mühüm bildiyi oyunlara baxdığını bildirib:
"Avropa çempionatına baxmağa vaxtım olmadığına görə Almaniya-Macarıstan kimi mühüm hesab etdiyim oyunları izləyirəm. Bundan əlavə Xorvatiyanın oyunundan xoşum gəlir. Son zamanlar Albaniyanın fəallaşmağı komandaya olan marağımı oyadıb ".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Avropa çempionatını izləmədəyini, ümumiyyətlə heç bir komandanı dəstəkləmədiyini deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə Türkiyənin millisini dəstəkləyir: "Oyunçulardan isə təbii ki, Gürcüstana qarşı çempionatın ən gözəl qolunu vuran Arda Gülerin oyununu bəyənirəm. Ailəmlə birgə Türkiyənin çempion olmağını arzulayırıq. Mənim bəxtim gətirib ki, xanımımla birgə oyunlara böyük maraqla baxdığımız üçün evdə bu mövzuda mübahisə yaşanmır. Bəzən o, oyunları məndən daha həyəcanla izləyir. Türkiyədən sonra Almaniyanın oyunlarına azarkeşlik edirəm".
Deputat Fransanın oyunlarını ümumiyyətlə boykot etdiyini bəyan edib.

Milli Məclisinin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə çempionata baxmadığını, amma ümumilikdə Türkiyəni dəstəklədiyini deyib.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Avropa oyunlarının bütün oyunlarını izləmədiyini deyib:
"Hamımız milli məsələ olduğuna görə Türkiyəni dəstəkləyirik. Azərbaycan oynasaydı da hər iki komandanı dəstəkləyəcəkdim. Çünki bir millətin iki komandasıdır. Çox zövqlə Türkiyənin oyununu izlədim. Mətbuatdan oxuduğuma əsasən deyirəm ki, əlli mindən çox Türkiyə azarkeşi stadionda olub və onlar mehtər marşı oxuyub, Türk bayrağını, hətta Azərbaycan bayrağını dalğalandırıblar. Azarkeşlərin Almaniya küçələrini qırmızı bayraqlarla boyaması məni Türk olduğum üçün bir daha qürurlandırdı".
Bununla belə xanım deputat deyib ki, Fransa komandasının məğlubiyyəti də onu sevindirər:
"Onsuz da Fransanın dövlət siyasəti, Makronun xarici siyasəti Azərbaycanın xarici diplomatiyası qarşısında məğlub olub. Fransa Cənubi Qafqazda nə qədər fitnə törətməyə çalışsa da, Azərbaycanla Ermənistan arasında ikitərəfli sazişin qarşısını ala bilmədi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
XƏBƏR LENTİ
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq





