İdman

Joao Feliks “Fənərbağça”ya gəlir?

17 İyun 2024 09:17
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" portuqaliyalı futbolçu Joao Feliksi transfer edə bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə cəlb olunmasını arzulayır. "Atletiko"ya məxsus Feliks son mövsümü icarə əsasında "Barselona"da keçirib. "Fənərbağça" onun icarə olunması variantını nəzərdən keçirir.

Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.