İdman

Polşanın baş məşqçisi: Məğlubiyyətə görə təslim olmayacağıq

16 İyun 2024 22:12
Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məğlubiyyətə görə təslim olmayacağıq.

"Report" xəbər verir ki, bunu Polşa millisinin baş məşqçisi Mixal Probej Niderland ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matç boyu onlara dəstək olduğu üçün azarkeşlərə öz təşəkkürünü bildirib: "İlk növbədə, bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Məğlubiyyətə görə təslim olmayacağıq. Qarşıdakı iki matçda qalib gəlmək istəyirik. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Polşa Niderland yığmasına 1:2 hesabı ilə uduzub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.