AVRO-2024: Premyer Liqadan 96 futbolçu 21 yığmada - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Almaniyada futbol üzrə 17-ci Avropa çempionatı start götürəcək. Qitənin 24 yığması kuboku qazanmaq uğrunda yarışacaq.
Milli.Az İdman.Biz-ə istinadən çempionatın işitrakçıları ilə bağlı bəzi rəqəmləri təqdim edir.
"Mançester Siti" və "İnter" ən çox futbolçu ilə
AVRO-2024-də 218 klubun üzvləri forma geyinmək şansı qazanıb. Ötən il Çempionlar Liqasının finalında qarşılaşan "Mançester Siti" və "İnter" siyahıya liderlik edirlər. Bu komandaların 13 oyunçusu Almaniyada meydana çıxmaq şansı qazanıb. Növbəti iki pillədə 12 futbolçu ilə Madrid "Real"ı və PSJ yer alıb. Almaniya təmsilçiləri "Bavariya" və "Leypsiq", eləcə də "Barselona"da bu rəqəm 11-ə bərabər olacaq.
"Mançester Siti", "İnter" - 13 futbolçu
"Real", PSJ - 12
"Bavariya", "Leypsiq", "Barselona" - 11
"Bayer L", "Arsenal" - 10
"Slaviya", "Roma", "Liverpul", "Yuventus", "Bolonya" - 9
"Milan", "Mançester Yunayted" - 8
"Şaxtyor", "Feyenoord", "Fənərbaxça", "Brentford", "Borussiya D", "Atletiko" - 7
Premyer Liqa və A Seriyası lider mövqeyində
Premyer Liqada çıxış edən futbolçular Avropa çempionatında çoxluq təşkil edəcək. Dünyanın ən yaxşı çempionatından 96 oyunçu AVRO-2024-də yollanıb. Aşağı liqaları da nəzərə alsaq İngiltərədən oynayan 114 futbolçu Almaniyada təmsil olunmaq hüququ əldə edib.
A Seriyasında çıxış edən 91 futbolçu Almaniyanın yaşıl meydanlarında top qovacaqlar. Ümumilikdə, isə bu rəqəm 104-ə bərabərdir. Almaniya Bundesliqası 75, İspaniya La Liqası 56, Fransa Liqa 1 isə 29 oyunçu ilə qitə birinciliyində təmsil olunacaq.
Azarkeşlərimizin yaxından izlədiyi Türkiyə Super Liqasında oynayan 24 futbolçu Avropanın ən nüfuzlu futbol turnirinə meydana çıxa biləcək.
İngiltərə Premyer Liqası - 96 futbolçu
İtaliya A Seriyası - 91
Almaniya Bundesliqası - 75
İspaniya La Liqası - 56
Fransa Liqa 1 - 29
Türkiyə Super Liqasında - 24
Çexiya Liqa 1 - 21
İngiltərə Çempionşip - 18
Ukrayna Premyer Liqası, Niderland Erediviziyası, Avstriya Bundesliqası - 15
Səudiyyə Pro Liqası - 14
İtaliya B Seriyası - 13
Premyer Liqa 21 yığmanı təchiz edəcək
İngiltərə Premyer Liqasında oynayan futbolçular AVRO-2024-də çıxış edəcək 24 yığmadan 21-nə dəvət alıblar. İngiltərə millisi 24 oyunçusunu daxili çempionatdan seçib. Portuqaliya 10, Danimarka isə 9 üzvünə "Dumanlı Albion"dan şans verib.
A Seriyasından AVRO-2024-ün final mərhələsində oynayacaq 91 futbolçudan 23-ü ölkə millisinə dəvət alıb. Albaniya və Polşa yığmaları İtaliya çempionatından 9 oyunçuya üstünlük veriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





