İdman

Qurban Qurbanov niyə AFFA-nın onlayn iclasına qatılmayıb?

13 İyun 2024 17:06
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İşçi qrupu ilə müzakirələr aparıldı, onların da fikri nəzərə alındı. Konkret olaraq hər şeyi açıqlaya bilmərik. Yalnız onu deyim ki, bu seçimdə hər kəsin mövqeyi nəzərə alınıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə seçimlə bağlı danışarkən deyib.

Qurum rəsmisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun dünən AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasına da münasibət bildirib:
"İclasda yalnız bir məsələ, milli komandamızın baş məşqçi məsələsi müzakirə olunacaqdı. Qurban Qurbanov daha əvvəl milli komandamızın baş məşqçisi olub. Məhz bu həssaslığını nəzərə alaraq, o, öz xahişi ilə iclasa qatılmadı. Biz də Qurban müəllimin istəyi ilə razılaşdıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.