Millinin yeni baş məşqçisinin "maaş oyunu"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Futbol Federasiyası Assosiasiyası portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi.
Milli.Az bildirir ki, portuqaliyalı baş məşqçinin Azərbaycanda nə qədər qazanacağı böyük maraq doğurur.
Son olaraq "Beşiktaş" klubunda çalışan Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı "ağ-qaralar"da ilinə 4,5 milyon avro qazanıb.
Santuş Portuqaliya millisində nə az, nə çox, 9,7 milyon avro qazanıb. Amma bu pul ona baha başa gəlib. Portuqaliya mətbuatında daha əvvəl geniş yayılmış xəbərlərə görə, Fernando Santuş Portuqaliya Futbol Federasiyasından aldığı qonorarı aşağı salaraq vergidən yayınmaqda günahlandırılıb. Santuşun 9,7 milyon avroluq illik gəlirini cəmi 60 min avro elan etdiyi və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunduğu bildirilib. Santuşun "Federasiya ilə aramızda yalnız xidmət modeli müqaviləsi bağlanıb" müdafiəsi ilə bu vəziyyəti yüngülləşdirməyə çalışdığı, lakin sonda cəzanın ödənilməsinə qərar verildiyi bildirilib. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər.
Santuşun millimizdəki maaşı rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
XƏBƏR LENTİ
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi





