Azərbaycan şahmatçısı Türkan Məmmədyarovanın ən çox mübahisə etdiyi şəxs bəlli olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu 34 yaşlı qrossmeysterin özü açıqlayıb.
O, sosial şəbəkə paylaşımında 9 yaşlı oğlu Atilla Ormanla şahmat mövzusundakı mübahisələrinin nə vaxt bitəcəyinə də aydınlıq gətirib: "Evdə ən çox mübahisə etdiyim insan. Ana-baladan çıxmışıq, rəqib olmuşuq. Reytinqi məni keçsəydi, həyatım rahatlaşardı".
Qeyd edək ki, hazırda Türkanın reytinqi 2217, Atillanın isə 2090-a bərabərdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun