İdman

"Yunayted" "Siti"ni məğlub etdi, kubokun sahibi oldu

25 May 2024 21:13
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, finalda "Mançester Siti" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.

Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.