İdman

Azərbaycan çempionatında rekord - 11 qol

22 May 2024 18:24
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycanın I Liqasının sonuncu XXVII turunda mövsümün qol rekordu vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "İrəvan" - "Karvan" görüşündə komandalar 11 dəfə fərqləniblər.

Matç Yevlax təmsilçisinin 8:3 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bundan əvvəl ən çox qol XVII turda MOİK - "Araz-Saatlı" (6:4) oyununda vurulub.

Görüşdən əvvəl "İrəvan"nın baş məşqçisi Nazim Süleymanov sərəncamında 2 qapıçı və cəmi 9 sahə oyunçusu qalıb. Bu üzdən Süleymanov "11-lik" düzəltmək üçün iki qapıçıdan yararlanıb.

Süleyman Süleymanov qapıçı, belaruslu Andrey Sinenka isə sahə oyunçusu kimi heyətdə yer alıb. "İrəvan"ın görüşü ehtiyat oyunçusuz keçirib.

Qeyd edək ki, "Karvan" mövsümü 44 xalla 5-ci, "İrəvan" isə 27 xalla 7-ci bitirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.