İdman

“Qarabağ”ın yeni futbolçuları axtardığı yerlər bəlli oldu - FOTO

30 Aprel 2024 16:58
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Futbol Akademiyası bölgələrdə futbolçu axtarışına start verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu bununla bağlı futbolçu seçimləri elan edib. Seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvəllüdlülər iştirak edə bilərlər.

"Qarabağ" istedad axtarışı Qusar və Şirvanda gerçəkləşəcək. Seçimlər mayın 2-də saat 11:00-dan etibarən Qusar rayonunun Şirvanlı kənd stadionu, ertəsi gün saat 17:00-dan etibarən Şirvan şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.