İdman

Ulduz futbolçu “Çelsi”dən gedir

29 Aprel 2024 20:28
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin müdafiəçisi Tiaqo Silva mövsümün sonunda klubdan ayrılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə futbolçu özü klubun saytına açıqlamasında deyib.

39 yaşlı müdafiəçi "Çelsi"nin onun üçün önəmindən danışıb: "Çelsi" mənim üçün hər şey deməkdir. Bura cəmi 1 illik gəlmişdim, amma 4 ildir ki, komandadayam. Bu klub təkcə mənim üçün deyil, ailəm üçün də önəmlidir. Oğullarım "Çelsi"də oynayır. Ona görə də bu klub ailəsinin bir hissəsi olmaqdan çox qürur duyuram. Ümid edirəm ki, onlar karyeralarını burada, bir çox oyunçunun arzusu olan klubda davam etdirə biləcəklər.

4 il ərzində komanda üçün əlimdən gələni etdim. Amma təəssüf ki, hər şeyin başlanğıcı, ortası və sonu var. Bəlkə də bu son deyil. Ümid edirəm ki, yaxın gələcəkdə fərqli bir vəzifəyə qayıtmağım üçün "Çelsi"nin qapısı mənə açıq olacaq. London klubuna olan sevgimi sözlərlə ifadə edə bilmirəm. Yalnız təşəkkür edə bilərəm. Ən adi şəraitdə belə klubla vidalaşmaq çətindir. Bu sevgi qarşılıqlı olduqda ayrılmaq daha da çətinləşir. Bir gün buraya qayıtmaq fikrində olacam".

Qeyd edək ki, T.Silva 2020-ci ildə azad agent kimi "Çelsi"yə keçmişdi. Braziliyalı müdafiəçi dünya çempionatında turnirin ən yaxşı oyunçusu seçilən yeganə Premyer Liqa oyunçusudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.