İdman

Atalar və oğullar

29 Aprel 2024 15:59
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyni vaxtda bir komandada çıxış edən ata və oğulların siyahısı müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in açıqladığı siyahıda 12 ailə təmsil olunub.

Onlardan bir cütü hazırda da "Vikinqur"da çiyin-çiyinə çıxış edirlər. Atli Qreqersen və oğlu Arni Atlason artıq 21 matçda eyni vaxtda meydanda olublar.

Bu, XXI əsrin ikinci göstəricisidir. "Fulafyordur"da oynayan digər farerlilər Yakup Mikkelsen və Poul Mikkelsen 35 oyunda birgə iştirak ediblər.

İFFHS-in siyahısında iki oğlu ilə komanda yoldaşı olan iki futbolçu da yer alıb. Kelli Foster Barbados millisinin heyətində həm Artur Kolin Foster, həm də Reyn Fosterlə komanda yoldaşı olub.

Finlandiyalı Aleksey Yeryomenko HİK-in heyətində kiçik Aleksey Yeryonenko, "Yaro"da Roman Yeryomenko ilə çıxış edib. Digər ata-oğullardan bir cütü millidə oynayıbsa, qalanları klublarda komanda yoldaşı olublar.

Siyahıda bir cüt də yer alıb ki, onlar yalnız bir dəfə eyni oyunda iştirak ediblər. Məhz bir-birini əvəzlədikləri üçün eyni anda meydanda olmayıblar. İslandiya millisinin 1996-cı ildə Estoniyaya qarşı matçda 62-cı dəqiqədə Arnor Qudyonseni oğlu Eydur Qudyonsen əvəzlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.