İdman

Jiru onlarla razılığa gəldi

24 Aprel 2024 19:16
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin və "Milan"ın futbolçusu Olivye Jiru "Los-Anceles"lə müqaviləni razılaşdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı hücumçu 1,5 illik anlaşma imzalayacaq.

Müqavilədə sonradan uzadılma bəndi də yer alacaq. Jirunun illik maaşı 3 milyon avro olacaq.

Forvard yeni klubuna AVRO-2024-dən sonra qoşulacaq. O, MLS təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Olivye cari mövsümün 42 matçında 15 qol və 9 assistə imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.