İdman

Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb

18 Aprel 2024 06:38
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bavariya"sı Çempionlar Liqasının yarımfinalına çıxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, münxenlilər turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin "Arsenal"ını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar.

Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub. İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

1974, 1975, 1976, 2001, 2013 və 2020-ci illərdə turnirin qalibi olan "Bavariya" Çempionlar Liqasının altıqat qalibidir. "Arsenal" bir dəfə turnirin finalında çıxış edib: 2006-cı ildə "topçular" İspaniyanın "Barselona"sına uduzub.

Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi son turun həlledici matçında İtaliya "İnter"ini məğlub edən "Mançester Siti"dir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.