İdman

Futbolçu formasını 50 avroya satdı - VİDEO

16 Aprel 2024 13:26
Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.  

Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək  formanı alıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə  futbolçu tənqid olunub.

O, bu hadisədən sonra üzr istəyib: "Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.