İdman

Gələn il “Formula 1”in Bakı Qran Prisi bu tarixdə olacaq - FOTO

12 Aprel 2024 16:27
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025-ci ilin "Formula-1" yarışlarının təqvimi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, gələn il yarış 24 Qran-pridən ibarət olacaq.

Bakıdakı yarışın da vaxtı dəqiqləşib. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Ölkəmizdəki yarış turnirin 17-ci mərhələsidir.

75-ci mövsümə martın 14-16-da Avstraliyada start veriləcək.

1. Melburn (Avstraliya) - 16 mart
2. Şanxay (Çin) - 23 mart
3. Suzuka (Yaponiya) - 6 aprel
4. Sakhir (Bəhreyn) - 13 aprel
5. Cedda (Səudiyyə Ərəbistanı) - 20 aprel
6. Mayami (ABŞ) - 14 may
7. Emiliya Romanya (İtaliya) - 18 may
8. Monte Karlo (Monako) - 25 may
9. Barselona (İspaniya) - 1 iyun
10. Monreal (Kanada) - 15 iyun
11. Spilberq (Avstriya) - 29 iyun
12. Silverstoun (Böyük Britaniya) - 6 iyul
13. Spa (Belçika) - 27 iyul
14. Budapeşt (Macarıstan) - 3 avqust
15. Zandvurt (Niderland) - 31 avqust
16. Montsa (İtaliya) - 7 sentyabr
17. Bakı (Azərbaycan) - 21 sentyabr
18. Marina Bay (Sinqapur) - 5 oktyabr
19. Ostin (ABŞ) - 19 oktyabr
20. Mexiko (Meksika) - 26 oktyabr
21. San Paulu (Braziliya) - 9 noyabr
22. Las-Veqas (ABŞ) - 22 noyabr
23 Losail (Qətər) - 30 noyabr
24. Abu-Dabi (BƏƏ) - 7 dekabr

Qeyd edək ki, bu il Bakıdakı yarış sentyabrın 13-15-də baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.