İdman

Azərbaycanda futbol klubu sabiq oyunçusuna 70 min ödədi - FOTO

1 Aprel 2024 08:05
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail" klubu sabiq futbolçusu Tural Bayramlıya 70 min manat ödəniş edib.

Milli.Az xəbər verir ki, bu barədə prosport.az-a idmançının hüquqi işlərini görən nümayəndəsi Elcan Həsənli deyib.

Bu gün klubun futbolçuya ödəniş etməsi ilə bağlı son günü idi. Əks halda 26 yaşlı futbolçu nümayəndəsi vasitəsilə FIFA-ya müraciət etməyi düşünürdü.

Qeyd edək ki, hazırda "Araz-Naxçıvan"ın formasını geyinən yarımmüdafiəçi paytaxt təmsilçisini onunla olan müqaviləni birtərəfli şəkildə pozduğu üçün AFFA-dakı Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Oktyabrın 12-də qərar "Səbail"in xeyrinə çıxarılsa da, dekabrın 27-də AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçuya 70 min manatın ödənilməsi barədə qərar çıxarmışdı. Lakin 3 ay müddətində həmin pul ödənilməmişdi.

Onu da bildirək ki, "Səbail" də 4 gün əvvəl AFFA-nı (böyük ehtimalla, Apellyasiya Arbitraj Tribunalını) məhkəməyə verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.