İdman

Xabi Alonso: “Rotasiyalar olacaq”

13 Mart 2024 17:36
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təbii ki, "Qarabağ"la matçda da rotasiyalar olacaq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Bayer"in baş məşqçisi Xabi Alonso deyib.

İspan mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Mövsümün sonudur. İlin bu mərhələsində rotasiyalar qaçılmazdır. Bu səbəbdən hər bir futbolçu komanda üçün əhəmiyyətlidir".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı sabah "BayArena"da keçiriləcək.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.