İdman

Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu

3 Mart 2024 00:40
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub.

Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub.

Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.