İdman

"Qalatasaray" liderliyini bərpa etdi

27 Fevral 2024 08:40
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.

Qeyd edək ki, "Fənərbağça" 70 xalla ikinci yerdə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.