İdman

Elvin Cəfərquliyev: “Bu xəbərə çox sevindim”

26 Fevral 2024 18:39
Baxış: 3 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu statistika barədə yenicə məlumat aldım".

Bunu  İdman.Biz-ə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

O, Azərbaycan çempionatında 100-cü oyununu keçirməsinə münasibət bildirib. 24 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turunun "Sumqayıt"la matçında gerçəkləşib.

Cəfərquliyev bildirib ki, bu xəbəri eşitdiyi zaman çox sevinib: "Qürur duyuram ki, belə bir komandanın bir parçasıyam. "Qarabağ"da oynamaq mənə zövq verir. Ümid edirəm ki, Azərbaycan çempionunun heyətində neçə belə 100 oyuna çıxacam".

Qeyd edək ki, 2019/20 mövsümündə "Sumqayıt"ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. "Qarabağ"da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.