İdman

Messi ardıcıl 20-ci il qol vurub

26 Fevral 2024 09:42
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lionel Messi 2024-cü ildə ilk qolunu vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "İnter Mayami"nin argentinalı ulduzu MLS-in "Los-Anceles Qalaksi" ilə oyununda fərqlənib.

Bununla da Messi ardıcıl 20-ci təqvim ilində rəsmi matçda qol vurub. Onun bu seriyası 2005-ci ildə başlayıb. O, mayın 1-də La Liqanın "Albasete" ilə görüşündə "Barselona"dakı qol hesabını açıb.

Qeyd edək ki, Mayami təmsilçisi səfər matçında bir xal qazanıb - 1:1.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.