İdman

Çalhanoğlunun transfer dəyəri maksimuma çatdı

23 Fevral 2024 10:19
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu 30 yaşında olmasına baxmayaraq transfer dəyərinin zirvəsinə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə nüfuzlu "Transfermarkt" internet portalı xəbər verir.

Mənbənin sözlərinə görə, hazırda yarımmüdafiəçinin bazar qiyməti 40 milyon avro civarında dəyişir.

Çalhanoğlu peşəkar karyerası ərzində "Karlsrue", "Hamburq", "Bayer Leverkuzen" və "Milan" kimi klublarda çıxış edib.

Türkiyəli yarımmüdafiəçi "İnter"ə 2021-ci ilin iyulunda azad agent kimi keçib.

Bu mövsüm heyətdə bütün turnirlərdə 30 oyun keçirən  Çalhanoğlu 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bundan əvvəl Çalhanoğlu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.